Azərbaycan, Bakı, 21 iyul /Trend/
Penitensiar xidmətdə yeni təyinatlar olub.
Trend xidmətin saytına istinadən məlumat verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova, 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilib.