...

İtaliya səfirliyindən viza alınması qaydalarına dəyişikliklər edilib

Cəmiyyət Materials 23 İyul 2014 16:43 (UTC +04:00)
İtaliyanın Azərbaycandakı səfirliyinin Viza şöbəsi səfirlikdən viza alınması məqsədilə pasportların qəbulunu "Visametric Azerbaijan" şirkəti tərəfindən idarə olunan Viza Mərkəzinə həvalə edib.
İtaliya səfirliyindən viza alınması qaydalarına dəyişikliklər edilib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Səbinə Əhmədova/

İtaliyanın Azərbaycandakı səfirliyinin Viza şöbəsi səfirlikdən viza alınması məqsədilə pasportların qəbulunu "Visametric Azerbaijan" şirkəti tərəfindən idarə olunan Viza Mərkəzinə həvalə edib. Bu barədə Trend İtaliyanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Yeni Viza Mərkəzi Bakı şəhəri, Səbail rayonunda, M.Lermontov küçəsi, 113/117 ünvanında yerləşəcək.

Xidməti və diplomatik pasportlara gəlincə isə onlar əvvəlki qaydada - İtaliya səfirliyinin Viza şöbəsi tərəfindən qəbul ediləcək və geri qaytarılacaq.

(012) 505 43 50 telefon nömrəsi ilə əlaqə saxlayaraq və ya www.visametric.az saytını ziyarət edərək əlavə məlumat almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti