...

Bakıda aparılan təmir işləri ilə əlaqədar daha bir mərkəzi küçə bağlanıb

Cəmiyyət Materials 18 Avqust 2014 10:22 (UTC +04:00)
V.Əsədov deyib ki, sürücülər bunu nəzərə alaraq alternativ yollardan istifadə etsinlər.
Bakıda aparılan təmir işləri ilə əlaqədar daha bir mərkəzi küçə bağlanıb

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda aparılan təmir işləri ilə əlaqədar daha bir mərkəzi küçə bağlanıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, yeni asfalt örtüyünün salınması ilə bağlı 28 may küçəsinin kəsişməsindən Bülbül prospekti ilə Üzeyir Hacıbəyov küçəsi istiqamətində yol avtomobillərin hərəkəti üçün bağlanıb.

V.Əsədov deyib ki, sürücülər bunu nəzərə alaraq alternativ yollardan istifadə etsinlər.

Onun sözlərinə görə, bir neçə gün öncə təmirə dayanan Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində və Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri tamamlandığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti