...

Cəzaçəkmə müəssisəsində saxlanılan ilahiyyatçı Taleh Bağırov ombudsmana şikayət etdi

Cəmiyyət Materials 15 Sentyabr 2014 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

12 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olmuş məlumatların araşdırılması, müəssisənin cərimə təcridxanasında saxlanılma şəraiti və orada olan məhkumlarla rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Cərimə təcridxanasında saxlanılan 19 nəfər şəxslə, eyni zamanda, müvəkkilə müraciət etmiş 12 nəfər şəxslə təklikdə keçirilən görüş zamanı onlar saxlanma şəraiti və rəftardan şikayət etməyiblər.

Hazırda cərimə təcridxanasının kamera tipli otaqlarında və cərimə otaqlarında təmir işlərinin aparıldığı müəyyən edilib.

Bundan əlavə, məhkum Bağırov Taleh Kamil oğlu da müvəkkilin tapşırığına əsasən qəbul edilib, onun yaxınları ilə görüşü, müəssisə rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı "İslamçıların hüquqlarının müdafiəsi" komitəsinin müraciəti yerində araşdırılıb.

Görüş zamanı T.Bağırov onun vəziyyəti ilə mütəmadi maraqlandığı üçün müvəkkilə minnətdarlığını bildirib. Eyni zamanda, o, hazırda telefon danışıqları ilə bağlı hər hansı məhdudiyyətin olmadığını bildirsə də, yanına gələn iki yaxını ilə ona görüş üçün icazə verilmədiyini söyləyib.

MPQ üzvləri tərəfindən T.Bağırovun görüş, bağlama, sovqatların və telefon danışıqlarının qeydiyyat vərəqələrinin surəti götürülüb, eyni zamanda, müəssisə rəisi ilə onun yanına gələn yaxınlarının biri ilə görüşməsi üçün icazə verilməsi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti