...

Bakıda alkoqolsuz içkilər laborator müayinələr aparılmadan satılırmış

Cəmiyyət Materials 15 Sentyabr 2014 15:54 (UTC +04:00)
İstehlakçıların çaşdırılmasının qarşısı alınır
Bakıda alkoqolsuz içkilər laborator müayinələr aparılmadan satılırmış

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri şosesi ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Tahir Cəbrayıl oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan sərinləşdirici içkilərin istehsal edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qazlı suların müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edildiyi və markalanma məlumatlarında məhsulun tərkibi barədə yanlış məlumatlar verildiyi, həmçinin qazlı suların, düşes, tərxun, saperavi (üzüm) və qızılgül sərinləşdirici içkilərinin markalanmasında saxlama müddətinin normativ-texniki sənədlərlə müəyyən olunmuş müddətlərdən artıq göstərildiyi, albalı və şaftalı içkilərinin tərkibi və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi aşkar edilib.

Eyni zamanda, fiziki şəxs tərəfindən istehsal edilən alkoqolsuz içkilərin laborator müayinələr aparılmadan satışa çıxarıldığı müəyyən olunub.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs T.Nəbiyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti