Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Penitensiar Xidmətin rəisi qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi münasibətilə sentyabrın 20-də 26 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.
Bu gün isə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib. Nazir müavini xidmətə qəbul edilən gəncləri ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından təbrik edərək onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.
Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar Xidmətin Tarix muzeyini ziyarət edərək buradakı Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, həmçinin Xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar.