...

MPQ cəzaçəkmə müəssisələrində araşdırma aparıb

Cəmiyyət Materials 25 Sentyabr 2014 13:03 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri penitensiar müəssisələrdə araşdırma aparıblar.
MPQ cəzaçəkmə müəssisələrində araşdırma aparıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri penitensiar müəssisələrdə araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 və 11 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) qısamüddətli başçəkmələr həyata keçiriblər.

Başçəkmələrdə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və məhkumlarla rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Ombudsmanın nümayəndələri 10 saylı CÇM-in cərimə təcridxanasının bütün kameralarına, o cümlədən kamera tipli otaqlara və cərimə otaqlarına baxış keçirib, orada saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Cərimə təcridxanasında saxlanılan şəxslərlə, eyni zamanda Müvəkkilə müraciətləri ilə bağlı hər iki müəssisədə qəbul edilmiş məhkumlarla fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıq etməyiblər. Onlara qaldırdıqları məsələlərlə bağlı Ombudsmanın səlahiyyətləri izah edilib, hüquqi məsləhətlər verilib.

Araşdırmaların yekunları ilə bağlı hər iki müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti