...

ƏƏSMN-nin Göygöl 8 saylı internat evində yaradılmış şəraitə baxış keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2014 09:57 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Göygöl rayonunun Qırıqlı kəndində yerləşən 8 saylı ruhi-əsəb təmayüllü internat evinin ətrafında salınmış yeni parkın açılışı olub, habelə internat evində sakinlər üçün yaradılmış şəraitə baxış keçirilib.
ƏƏSMN-nin Göygöl 8 saylı internat evində yaradılmış şəraitə baxış keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Göygöl rayonunun Qırıqlı kəndində yerləşən 8 saylı ruhi-əsəb təmayüllü internat evinin ətrafında salınmış yeni parkın açılışı olub, habelə internat evində sakinlər üçün yaradılmış şəraitə baxış keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin aparatının rəhbəri Əjdər Cəbiyev bildirib ki, hazırda bu sosial xidmət müəssisəsində 18 yaşdan yuxarı olmaqla 140 nəfər tam dövlət müəssisələrinin təminatının gücləndirilməsi istiqamətində aparılan işlər bu internat evindən də yan keçməyib. İnternat evində yaşayanların yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təminatı xeyli yaxşılaşdırılıb. Bu sahədə aparılan işlərdən biri kimi, müəssisənin ətrafındakı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılaraq, internat evinin sakinləri üçün park yaradılıb.

Parkda müxtəlif bəzək kolları əkilib, istirahət köşkləri, fəvvarə və süni şəlalə, kiçik körpülər, əyləncə qurğuları və s. quraşdırılıb, müxtəlif nağıl personajlarının şəkilləri olan lövhələr qoyulub. Yeni salınmış parkla yaxından tanış olan tədbir iştirakçıları daha sonra internat evində sakinlərin bacarıqlarının inkişafı üçün yaradılmış dərnəklərin fəaliyyətinə baxıblar. Bildirilib ki, burada rəqs, ifaçılıq, musiqi, rəsm, tətbiqi sənət, kompyuter və digər dərnəklərdə sakinlər öz bacarıqlarını sınayırlar. Dərnəklərdə məşğul olan sakinlər əl işlərini, habelə mahnı və şer ifalarını nümayiş etdiriblər.

Tədbirdə qeyd olunub ki, internat evində yaşayanlar hərtərəfli qayğı ilə təmin olunsalar da, onların doğma ailə mühitinə qaytarılması, de-institusionalizasiya istiqamətində tədbirlərə də önəm verilir.

Ailələrlə aparılan müvafiq işlərin nəticəsi kimi, cari ilin ötən dövründə internat evinin 8 nəfər sakininin doğma ailələrinə qovuşmalarına nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti