Gürcü mədənçilər əməyin təhlükəsizliyi üzrə Avropa standartlarının tətbiqini tələb edirlər

Cəmiyyət Xəbər 7 Oktyabr 2014 08:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 7 oktyabr /Trend, müxbir Nana Kirsxaliya/

Metallurgiya, mədən və kimya sənayesi işçilərinin Həmkarlar İttifaqının təşəbbüsü ilə oktyabrın 7-də Zestafoni şəhərində etiraz aksiyası keçiriləcək.

Aksiya "Layiqli əmək günü"nə həsr olunur. Etrazlarda Zestafoni ferroərinti zavodunun işçiləri, Tkibuli şaxtaçıları və Çiatura mədəninin fəhlələri iştirak edəcəklər.

Həmkarlar təşkilatının bildirdiyinə görə, işçilərin əsas tələbləri Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi, 176-cı Konvensiyanın ratifikasiya edilməsi, əmək müfəttişliyinin yaradılması olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti