...

Azərbaycanın miqrasiya orqanlarına işə qəbul olmaq istəyənlər imtahan verəcəklər

Cəmiyyət Materials 9 Oktyabr 2014 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək istəyən 329 nəfərin namizədliyi qeydə alınıb.

İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycanın tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri və 20 sual məntiq üzrə test tapşırıqlarıdır.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.

İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti