...

"Azərsun Holdinq" milli mətbəximizin təbliğində dəstəyinə görə mükafatlandırıldı (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2014 19:17 (UTC +04:00)
Sevindirici haldır ki, beynəlxalq səfərlərdə kulinarlarımız bir qayda olaraq yüksək keyfiyyəti ilə seçilən "Azərsun Holdinq" məhsullarından istifadə edirlər.
"Azərsun Holdinq" milli mətbəximizin təbliğində dəstəyinə görə mükafatlandırıldı (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Bu gün Bakıda Beynəlxalq Kulinariya Günü qeyd edilib. Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ötən ilə yekunı vurularaq, Azərbaycan kulinarlarının fəaliyyəti, qazandığı yerli və beynəlxalq uğurlardan bəhs edilib.

Tədbirdə çıxış edən Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov mərkəzin fəaliyyətinə həsr olunan hesabatla çıxış edərək, son 1 il ərzində Azərbaycan milli kulinariya komandasının qatıldığı beynəlxalq tədbirlər və bu çempionatlardan Azərbaycan adına qazanılar qızıl medallar, kubok və diplom mükafatlarından danışıb.

Sevindirici haldır ki, beynəlxalq səfərlərdə kulinarlarımız bir qayda olaraq yüksək keyfiyyəti ilə seçilən "Azərsun Holdinq" məhsullarından istifadə edirlər. İstər əsas yeməklərimizdə, istərsə də salat və ya şirniyyatlarımızda, eyni zamanda, milli mətbəximizin şahı olan plovun hazırlanmasında əvəzsiz olan Super Sun, Möcüzə, Zeytun Bağları və digər yağ məhsullarımız, heç şübhəsiz ki, kulinarlarımızın qazandığı uğurda böyük paya sahibdirlər.

T.Əmiraslanov "Azəsun Holdinq"in yağ məhsulları ilə bərabər, Azərbaycanın müxtəlif regionlarında keçirilən Şəki Şirniyyat, Qəbələ Mürəbbə, Lerik Plov festivallarında Azərçay, Bizim Tarla, Şokki Mokki, Royal və digər məhsulların iştirakından da bəhs edib.

Tədbirdə "Azərsun Holdinq" milli mətbəximizin təbliğində dəstəyinə görə xüsusi diplomla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti