...

İranda dərmandan zəhərlənmələrin sayı artıb

Cəmiyyət Materials 22 Oktyabr 2014 10:50 (UTC +04:00)
İranda dərmandan zəhərlənmələrin sayı artıb. Bunun səbəbi isə dərman preparatlarından düzgün istifadə edilməməsidir.
İranda dərmandan zəhərlənmələrin sayı artıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranda dərmandan zəhərlənmələrin sayı artıb. Bunun səbəbi isə dərman preparatlarından düzgün istifadə edilməməsidir. Bunu İran Səhiyyə Nazirliyi Dərman və Qida İdarəsinin eksperti Yəsna Behməneş deyib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər verir.

Y.Behməneş bildirib ki, zəhərlənmə diaqnozu ilə idarəyə müraciətlərin 70 faizini dərmandan zəhərlənmələr təşkil edir: "2013-cü ildə 747 nəfər dərmandan zəhərlənib. Cari ilin ilk beş ayında isə (İranda il martın 21-də dəyişir) bu göstərici 284 nəfər təşkil edib".

Onun sözlərinə görə, 2011-2013-cü illər ərzində Tehranın "Loğman həkim" xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edən hər 100 nəfərdən 60-ə dərmandan zəhərlənənlər olub: "Onların 80 faizi isə bilərəkdən dərman içib özünü zəhərləmiş şəxslərdir. Ümumilikdə, 2013-cü il ərzində 24 500 nəfər zəhərlənmə diaqnozu ilə Tehranın "Loğman həkim" xəstəxanasına müraciət edib".

Y.Behməneş deyib ki, İranın Məşhəd və İsfahan şəhərlərində də xəstəxanalara müraciət edənlərin 60-70 faizi dərmandan zəhərlənənlərdir. Onların 3 faizini uşaqlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti