Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Mətbuat Şurası (MŞ) yaxın gələcəkdə jurnalistlərlə bağlı görəcəyi işlərin planını artıq müəyyənləşdirib.
MŞ sədri Əflatun Amaşov Trend-ə açıqlamasında bildirib ki, Şura müxtəlif səpkili görüşlər keçirəcək: "Mətbuat Şurası həm redaksiyalarda görüşlər təşkil edəcək, həm də sərhəd boyu bölgələrə yollanacaq, yerli jurnalistlərlə və əhali ilə görüşəcək, maarifləndirmə işləri aparacaq. Mətbuat Şurası bu istiqamətdə Bakıda və regionlarda ayrı-ayrı "dəyirmi masa"lar, konfranslar keçirəcək".
Ə.Amaşov qeyd edib ki, bundan əlavə, Mətbuat Şurası jurnalistlərin maarifləndirilməsini artırmaq üçün xüsusi bülletenler, broşürlər nəşr edib redaksiyalar arasında paylayacaq: "Mətbuat Şurası yaxın günlərdə bu işlərə start verəcək".