...

Soyuq hava şəraitində təbii qaza həsrət qalacaq rayonlar

Cəmiyyət Materials 3 Noyabr 2014 10:11 (UTC +04:00)
Gün ərzində Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.
Soyuq hava şəraitində təbii qaza həsrət qalacaq rayonlar

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Emil İsmayılov/

Gün ərzində Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dan 14:30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə, saat 15:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 14:00-dan 18:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti