Azərbaycan, Bakı, 17 noyabr /Trend/
"3R - Reuse, Reduce, Recycle" (Yenidən istifadə et, Azalt, Çeşidlə) şüarı altında keçirilən III Beynəlxalq Uşaq Konfransı öz işini yekunlaşdırdı. Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" ASC-in təşkilatçılığı ilə keçirilən konfransda Almaniya, Latviya, Macarıstan, Ukrayna, Rusiya, Belarusiyadan olan iştirakçılar Bakıdan yeni biliklər və xoş təəsüratlarla ayrıldılar.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransın son günündə xarici və azərbaycanlı məktəblilər "ASAN xidmət" mərkəzində oldular. Konfrans iştirakçıları yarım gün könüllü kimi ASAN üçün işlədilər.
Daha sonra konfrans Qala qəsəbəsində Etno-Ekoloji Mərkəzdə uşaq qruplarının layihələrinin təqdimatı olub. Məktəblilər təklif olunan layihələri müzakirə ediblər.
"EkoSfera" Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən konfransın sonunda tədbir iştirakçılarına diplomlar təqdim olunub.