...

IDEA Ictimai Birliyi, Xəzər rayonu icra hakimiyyəti və "Azərsun Holdinq" tərəfindən min ədəd zeytun ağacı əkildi (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2014 12:09 (UTC +04:00)
IDEA İctimai Birliyinin təşəbbüsü, Xəzər rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
IDEA Ictimai Birliyi, Xəzər rayonu icra hakimiyyəti və "Azərsun Holdinq" tərəfindən min ədəd zeytun ağacı əkildi (FOTO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

IDEA İctimai Birliyinin təşəbbüsü, Xəzər rayon İcra Hakimiyyəti və "Azərsun Holdinq"in birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Trend xəbər verir ki, "Azərsun Holdinq" şirkəti tərəfindən istehsal olunan "Zeytun bağları" markasanının bilavasitə iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 1000 ədəd zeytun ağacı əkilib. Xəzər rayon İcra Hakimiyyətinin və "Azərsun Holdinq"in məsul şəxslərinin də iştirak etdiyi aksiyaya xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri, ümumilikdə 100 nəfərdən artıq insan qatılıb.

Ölkəmizin müxtəlif ərazilərində minlərlə zeytun ağacı əkilərək, həmin yerlərin yaşıllaşdırılmasında müstəsna rol oynayır. Bundan əlavə, hər kəs tərəfindən bəyənilən "Zeytun bağları" milli markamız yüksək keyfiyyəti ilə xarici bazarlarda da rəğbətlə qarşılanır və Abşeron zeytunun bütün dünyaya tanıdılmasına böyük töhvə verir.

Qeyd edək ki, mütəmadi olaraq ağacəkmə aksiyalarına qoşulan və ekoloji layihələrdən kənarda qalmayan "Azərsun Holdinq"in gələcəkdə də bu tipli işlərə yaxından dəstək verəcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti