...

Rusiyada iki yüzdən artıq insan hər gün QİCS-ə yoluxur

Cəmiyyət Materials 1 Dekabr 2014 00:38 (UTC +04:00)
Dünyada beş mindən çox insan hər gün QİCS-ə yoluxur, onlar arasında iki yüzdən çox rusiyalı var.
Rusiyada iki yüzdən artıq insan hər gün QİCS-ə yoluxur

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Dünyada beş mindən çox insan hər gün QİCS-ə yoluxur, onlar arasında iki yüzdən çox rusiyalı var. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Rospotrebnadzor-un rəhbəri Anna Popova bildirib.

May ayında Rospotrebnadzor-un sabiq rəhbəri Gennadi Onişenko bəyan edib ki, hər gün dünyada 6,3 min nəfər QİCS-ə yoluxur.

Popovanın sözlərinə görə, xəstəliyə yoluxanların yarıdan azının antiretrovirus terapiyanı ala bilirlər. " QİCS lə yaşayan böyüklərin yalnız 38%-i antiretrovirus terapiyanı ala bilirlər. Yoluxmuş uşaqların yalnız 24% -i zəruri dərmanlar alır", - Popova bildirib.

Rospotrebnadzor-un rəhbəri qeyd edib ki, QİCS-ə yeni yoluxmaların 60% -i 15-24 yaş arasında qızlar-yeniyetmələr və gənc qadınlar arasında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti