...

Trend və BELTA Azərbaycan və Belarus üzrə bölmələr yaratdılar

Cəmiyyət Materials 8 Dekabr 2014 15:15 (UTC +04:00)
Trend İnformasiya Agentliyi və Belarus Teleqraf Agentliyi (BELTA) Azərbaycan və Belarus üzrə bölmələr yaradıblar.
Trend və BELTA Azərbaycan və Belarus üzrə bölmələr yaratdılar

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Trend İnformasiya Agentliyi və Belarus Teleqraf Agentliyi (BELTA) Azərbaycan və Belarus üzrə bölmələr yaradıblar.

Tərəflər özlərinin rəsmi portallarında ölkələr üzrə bölmələr yaradıblar: Trend - Belarus üzrə, BELTA - Azərbaycan üzrə.

Agentliklər bölmələrin effektiv inkişafı üçün müntəzəm operativ informasiya, analitik materiallar, həmçinin öz ölkələrinin daxili və beynəlxalq həyatının aktual hadisələri ilə bağlı fotoşəkillər üzrə mübadilə aparacaqlar.

İki agentlik, habelə Azərbaycan-Belarus münasibətlərinin dinamik inkişafı çərçivəsində ölkələrin beynəlxalq informasiya mühitində nailiyyətlərini geniş şəkildə işıqlandırmaq məqsədilə informasiya tərəfdaşlığını dərinləşdirmək barədə razılığa gəlib.

Trend və BELTA IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində əldə olunan razılaşmaya uyğun olaraq, informasiya və çoxmedialı kontentin mübadiləsi sahəsində tərəfdaşlığı inkişaf etdirirlər.

Trend və BELTA 2010-cu ildən imzalanmış müvafiq ikitərəfli saziş əsasında əməkdaşlıq edirlər.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend müstəqil informasiya agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirləri olan Trend Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində xəbərlər dərc edir. Trend-in baş ofisi Bakıda yerləşir.

Belarus Teleqraf Agentliyi artıq 90 ildən artıqdır ki, ölkənin rəsmi dövlət informasiya agentliyi statusunu qoruyub saxlayır və Belarus hakimiyyətinin ali orqanlarının fəaliyyəti haqqında daha nüfuzlu operativ informasiya mənbəyi olaraq qalır. BELTA rus, belarus, ingilis, alman və ispan dillərində xəbərlər buraxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti