Bakı yollarında hərəkəti iflic edən "toy karvanları"

Bakı yollarında hərəkəti iflic edən "toy karvanları"

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda toy mövsümünün başlaması ilə bir sıra yollarda hərəkətin iflic vəziyyətinə düşməsi müşahidə olunur.

Trend-in məlumatına görə, axşam saatlarında Bakının Nizami rayonunda Bəkir Çobanzadə və Rüstəm Əliyev küçələrində, eləcə də paytaxtın digər yollarında avtomobillərin hərəkəti mümkünsüz hala gəlir. Səbəb isə həmin yolların kənarında yerləşən çoxsaylı şadlıq sarayları istiqamətində "toy karvanları"nın, toylara gedən şəxslərin gediş-gəlişinin çoxluğu, şadlıq saraylarının qarşısında avtomobillərin qeyri-qanuni parklanmasıdır.

Bununla əlaqədar Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, bu gündən etibarən Bakının yol polisi "toy karvanları" ilə əlaqədar nəzarəti gücləndirəcək: "Paytaxtda saat 18:00-dan sonra bəy-gəlin cütlüklərini müşayiət edən "toy karvanları"nın hərəkəti zamanı yolun hərəkət zolaqları bütünlüklə tutulur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edilir, yol ayrıclarını keçmə qaydaları pozulur, yol boyu fasiləsiz səs siqnallarından istifadə edilir, həddən artıq asta sürətlə hərəkət edilir, avtomobillər yollara bitişik şadlıq evlərinin qarşısında qanunsuz park olunur. Karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində isə yollarda süni sıxlıq, tıxaclar yaranır. Bu isə paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gündən toy mövsümü ilə əlaqədar nəzarəti və bu kimi eybəcər halların qarşısının alınması istiqamətində tədbirlərini gücləndirəcək".

V.Əsədov toy sahiblərinə və "toy karvanları"nda iştirak edən avtomobil sürücülərinə xəbərdarlıq edir ki, bununla əlaqədar yol polisi əməkdaşları tərəfindən "toy karvanı"nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahibləri və sürücülərinin, xüsusilə toy sahiblərinin, eləcə də avtomobillərini şadlıq evlərinin qarşısında qanunsuz saxlayanların nəzərinə çatdıraraq tövsiyə edir ki, hərəkət zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət edilsin və yol hərəkətinin digər iştirakçılarına süni maneələr yaradılmasın. Əks halda, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq kimliyindən asılı olmayaraq qanunu pozan istənilən şəxs barəsində dərhal müvafiq cəza tədbirləri görüləcək".

İdarə sözçüsü bir daha toy sahiblərinə müraciət edərək "toy karvanları"nda iştirak edən avtomobillərin sayının azaldılmasını tövsiyə edib: "Toy sahibləri elə bil ki, digərləri ilə yarışa çıxıblar ki, kimin "toy karvanı"nda daha çox və daha bahalı maşınlar olacaq? Məgər "toy karvanı"ndakı avtomobillərin sayının çox və bahalı olması yeni ailə həyatına başlayanları xoşbəxt edəcək? İndi yeni bir şey yaranıb. "Toy karvanı"nda gedən avtomobillərin biri yolu bağlayaraq bəy-gəlin cütlüyü üçün yolu boşaldır. Elə bil ki, yolla hansısa dövlətin başçısının korteji keçir. Bu, yalnız ikrah hissi doğurur".

Bölmə rəisi bir daha toy sahibi olan və toya gedən avtomobil sürücülərinə yollarda hərəkət edən zaman diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Bütün xəbərlər