...

AMEA-da magistraturaya qəbul reallaşır

Cəmiyyət Materials 14 Yanvar 2015 12:51 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu il fevral ayında ilk dəfə olaraq magistratura pilləsi üzrə sənəd qəbuluna başlamağı planlaşdırır.
AMEA-da magistraturaya qəbul reallaşır

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu il fevral ayında ilk dəfə olaraq magistratura pilləsi üzrə sənəd qəbuluna başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Akademiya prezidenti bildirib ki, bu il AMEA 7 institutun bazasında 7 ixtisas üzrə magistratura təhsili təşkil ediləcək. Bu ixtisaslar dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası üzrə olacaq: "Bu il hələlik bu, pilot layihə kimi oldu. İstərdik ki, ixtisasların sayı çox olsun, amma bu il bir az ehtiyatla yanaşdıq".

A.Әlizadə deyib ki, növbəti il üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu elan olunarkən AMEA-nın da magistraturasına sənəd qəbulu aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti