...

Azərbaycanda 11 min nəfər boşandı

Cəmiyyət Materials 19 Yanvar 2015 13:04 (UTC +04:00)
Ötən il dekabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 11 min nəfər boşanıb.
Azərbaycanda 11 min nəfər boşandı

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən il dekabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 11 min nəfər boşanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 78,5 min nikah halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub.

2014-cü ilin yanvar-noyabr aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafıq qurumları tərəfındən Azərbaycana daimi yaşamaq üçün 1534 nəfər gələn və 742 nəfər ölkədən gedən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti