...

Xocalı soyqırımının 23-cü ildönümü məktəblərdə qeyd ediləcək

Cəmiyyət Materials 11 Fevral 2015 15:36 (UTC +04:00)
Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ölkənin təhsil müəssisələrində qeyd ediləcək.
Xocalı soyqırımının 23-cü ildönümü məktəblərdə qeyd ediləcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ölkənin təhsil müəssisələrində qeyd ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr verıb. Əmrə əsasən, XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına əsasən, 26 fevral günündə təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək. Təhsil müəssisələrində soyqırıma həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, sərgilər və s. keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti