...

Bakının mikrorayonlarında içməli su niyə yoxdur?

Cəmiyyət Materials 11 Fevral 2015 16:05 (UTC +04:00)
Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər var.
Bakının mikrorayonlarında içməli su niyə yoxdur?

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər var.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar "+ 132 Şimal" su anbarından xəttə suyun verilişi dayandırılıb. Bununla əlaqədar 11 fevral 2015-ci il tarixdə gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti