...

Bakı məktəblilərinin ödənişli yerlərə qəbulolma faizinin yüksək olmasının səbəbi nədir?

Cəmiyyət Materials 16 Fevral 2015 17:12 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı məktəblilərinin ödənişli yerlərə qəbulolma faizinin yüksək olmasının səbəblərini açıqlayıb.
Bakı məktəblilərinin ödənişli yerlərə qəbulolma faizinin yüksək olmasının səbəbi nədir?

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı məktəblilərinin ödənişli yerlərə qəbulolma faizinin yüksək olmasının səbəblərini açıqlayıb.

Komissiyadan Trend-ə bildirilib ki, abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizinə görə Bakı şəhərinin nəticələri digər şəhərlərin göstəricilərindən yüksəkdir. İmtahanda iştirak edən hər 100 Bakı məktəblisindən 43-44-ü ali təhsil müəssisəsinə qəbul olub. Bu, Bakı məktəblilərinin ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbulolma faizinin daha yüksək olması ilə əlaqədardır. Aydındır ki, ərizələrində ödənişli əsaslarla olan yerləri əsasən maddi cəhətdən təminatlı ailələrdən olan abituriyentlər göstərirlər. Bakı məktəblilərinin ödənişli yerlərə qəbulolma faizinin yüksək olması paytaxt əhalisinin sosial-iqtisadi vəziyyətinin regionlara nisbətən daha yaxşı olmasından irəli gəlir.

TQDK-dan deyiblər ki, 2013-cü ilə nisbətən 2014-cü ildə Mingəçevir şəhəri istisna olmaqla, böyük şəhərləri təmsil edən abituriyentlər seçməsində ali təhsil müəssisələrinə qəbul olanların nisbi çəkisi artıb. Artım daha çox Naxçıvan və Sumqayıt şəhərlərinin göstəricilərində nəzərə çarpır. Belə ki, əgər 2013-cü ildə bu şəhərlərin hər yüz məzunundan, müvafiq olaraq, 32-33-ü və 35-36-sı tələbə adını qazanmışdısa, bu il onların sayı artıq, müvafiq olaraq, 37-38 və 38-39 nəfərdir.

Son illər qəbul imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin arasında kənd rayonlarından olan abituriyentlərin sayı artıb. Belə ki, 2011-ci ildə kənd rayonlarından olan abituriyentlərin sayı imtahanda iştirak edən abituriyentlər içərisində 52.76%, qəbul olan abituriyentlər içərisində isə 45.59%-ə bərabər idisə, artıq 2014-ci ildə bu rəqəmlər, müvafiq olaraq, 54.58% və 48.58%-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti