...

Azərbaycanda hansı ali məktəblərin tələbələrinin çoxu qız, hansılarının oğlandır?

Cəmiyyət Materials 26 Fevral 2015 15:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda oğlan və qız abituriyentlərin ali təhsil almaq üçün daha çox hansı məktəbə qəbul olduqlarını açıqlayıb.
Azərbaycanda hansı ali məktəblərin tələbələrinin çoxu qız, hansılarının oğlandır?

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda oğlan və qız abituriyentlərin ali təhsil almaq üçün daha çox hansı məktəbə qəbul olduqlarını açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuş oğlan və qız abituriyentlərin nisbi sayları geniş diapazonda dəyişir. Qərb Universiteti, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Milli Konservatoriyasında oğlan və qız abituriyentlərin nisbi sayları bir-birinə yaxındır.

Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.), Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.), Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Turizm İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Universiteti, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti, ADA Universiteti, Naxçıvan Özəl Universiteti (Naxçıvan ş.), Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı İslam Universitetinə qəbul olanların böyük hissəsini oğlan abituriyentlər təşkil edır.

Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, "Odlar Yurdu" Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı "Asiya" Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna daxil olanların böyük hissəsi isə qız abituriyentlərdir.

Bakı Qızlar Universitetinə qəbul olanların isə hamısı qızlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti