...

Təhsil naziri: Elmi tədqiqat işi aparan alimə stimul verilməlidir

Cəmiyyət Materials 6 Mart 2015 13:49 (UTC +04:00)
"Azərbaycanda elmi tədqiqat işi aparan alimə stimul verməliyik və bu stimulu axtarmalıyıq".
Təhsil naziri: Elmi tədqiqat işi aparan alimə stimul verilməlidir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycanda elmi tədqiqat işi aparan alimə stimul verməliyik və bu stimulu axtarmalıyıq". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirlliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, artıq elmi mühitdə əmr vermədən qarşılıqlı maraq yaratmaq münasibətinin formalaşdırılmasına çalışmaq lazımdır: "Xaricdə təhsil almaq üçün nəzərdə tutulan dövlət proqramına ölkənin ən istedadlı tələbələri cəlb olunur. Biz 21-ci əsrdə onlara əmr edə bilmərik ki, hansısa xarici ali məktəbin məzunu olduqdan sonra Azərbaycana qayıdıb onun üçün maraqlı olmayan işdə çalışsın. Bunu təmin etmək üçün mexanizmimiz də yoxdur. İkincisi də dünya dəyişib və fərqlidir. Әgər biz həmin məzun üçün burada düzgün mühit yarada, onu elmi tədqiqatları aparmaq üçün lazımi işlə təmin edə, işəgötürən-işçi münasibətini və digər məsələləri tənzimləyə bilməsək, demək, rəqabətdə uduzacağıq. Ali təhsil sistemində qloballaşma çox yüksək sürətlə gedir. Әgər dünən ən yaxşı tədris üçün müəllim başqa ölkələrə gedirdisə, bu gün artıq tələblər gedır. Hətta öz hesabına oxumaq üçün gedənlər də var".

Onun sözlərinə görə, 10 ildən sonra bu sahədə rəqabət daha da artacaq. Buna görə də tərəflər arasında qarşılıqlı maraq tapılmalıdır.
M.Cabbarov deyib ki, elmi işlə məşğul olmaq istəyən Azərbaycan tələbəsinin marağının nə olduğu öyrənilməlidir: "Biz tələbədə maraq yaratmaqdan ötrü ona stimul verməliyik və bunun axtarışında olmalıyıq".

Bu məsələlərlə bağlı AMEA rəhbərliyi ilə də müzakirələr apardığını deyən nazir qeyd edib ki, bütün nailiyyətləri əldə edən alimin öz işini, tədqiqat qaydasını dəyişməsi üçün bir səbəb olmalıdır. Buna görə alimə stimul verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti