...

Bakıda daha bir yol bağlanır

Cəmiyyət Materials 20 Mart 2015 10:11 (UTC +04:00)
Bu gündən Bakıda daha bir yol bağlanır.
Bakıda daha bir yol bağlanır

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən Bakıda daha bir yol bağlanır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, martın 20-dən etibarən səhər saatlarından paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərin Böyük Şor dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb.

Səbəb hər iki yolötürücüdə temperatur tikişlərinin yenilənməsidir.

Hazırda həmin hissədə köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti