...

Azərbaycan avtomobil istehsalını xeyli azaldıb

Cəmiyyət Materials 23 Mart 2015 15:00 (UTC +04:00)
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 38 minik avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 74,1 faiz azdır.
Azərbaycan avtomobil istehsalını xeyli azaldıb

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir Maksim Tsurkov/

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 38 minik avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 74,1 faiz azdır.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin ilk 2 ayının yekunu üzrə hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, yanvar-fevral aylarında respublikada 77 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 15,4 faiz azdır.

Bundan başqa, hesabat dövründə ölkədə 186 traktor istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 14,3 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda avtomobil nəqliyyatı vasitələrinin istehsalı üzrə Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti