...

Sürücülər Heydər Əliyev prospektində qaydalara əməl etmirlər (VİDEO)

Cəmiyyət Materials 30 Mart 2015 11:10 (UTC +04:00)
Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılsa da, sürücülər qaydaları pozaraq qəza şəraiti yaradırlar.
Sürücülər Heydər Əliyev prospektində qaydalara əməl etmirlər (VİDEO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılsa da, sürücülər qaydaları pozaraq qəza şəraiti yaradırlar.

"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, müvafiq yol nişanlarının qoyulmasına baxmayaraq, sürücülər köməkçi yoldan əsas yola keçərək qaydaları pozurlar, nəticədə qəza şəraiti yaranır.

Qeyd edək ki, həmin hissədə ayırıcı zolaq təxminən 60 m məsafədə götürülərək yeni bir hissə salınıb. Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib.

Bununla da Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti