Azərbaycan, Bakı, 2 aprel / Trend, müxbir İlhamə İsabalayeva/
Yaxın üç gün ərzində Azərbaycan ərazisində küləkli hava şəraiti gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu gün Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Gün ərzində küləyin sürəti ayrı-ayrı yerlərdə arabir güclənəcək. Şimal-qərb küləyi axşama doğru nisbətən mülayimləşəcək. Sabah isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəz olunacaq. Aprelin 5-də isə cənub küləyi yenidən şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti arabir güclənəcək.
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 7-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gündüz saatlarında 10-15, dağlıq rayonlarda isə 5-10 dərəcə isti olacağı gözlənilir.