...

Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb

Cəmiyyət Materials 10 Aprel 2015 18:06 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi və Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyi arasında imzalanmış sazişə uyğun olaraq, 2015-2016-cı tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.
Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi və Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyi arasında imzalanmış sazişə uyğun olaraq, 2015-2016-cı tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

Trend nazirliyin saytına istinadən bildirir ki, Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycanın Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə xərci, tədris materialları, yataqxana xərci, Pekindən təhsil yerinə bilet, aylıq yaşayış xərci ÇXR tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur.

Sazişə uyğun olaraq, hazırda 38 nəfər Azərbaycan vətəndaşı Beynəlxalq əlaqələr, Beynəlxalq iqtisadiyyat və ticarət, Mülki və ticarət hüququ, Politologiya və dövlət idarəçiliyi, Yeni və ən yeni Çin ədəbiyyatı, Uşu, Kommunikasiya və informasiya sistemləri, Neft və təbii qaz mühəndisliyi, Maşınqayırma mühəndisliyi, Antropologiya, Beynəlxalq maliyyə və investisiya və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali məktəblərində təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti