Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Suraxanı RPİ-nin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayon sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Hövsan, Zığ, Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində baş tutmuş səyyar xidmətlər nəticəsində ümumilikdə 467 nəfərin, o cümlədən əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşların, həddi-büluğa çatmış gənclərin, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşların müvafiq sənədləri qəbul edilib.
Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.