...

Bu marketlərdən uzaq durun (SİYAHI)

Cəmiyyət Materials 27 Aprel 2015 15:52 (UTC +04:00)
İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Bu marketlərdən uzaq durun (SİYAHI)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Xəzər rayonunda

- Mərdəkan qəsəbəsi, S.Yesenin və 28 May küçələrinin kəsişməsində Namiq Rzayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Binəqədi rayonunda

- Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsi, 3A ünvanında Sübhan Alzamanova məxsus mağazada;

Sabunçu rayonunda

- Maştağa qəsəbəsi, Nizami küçəsi, 10 ünvanında Fəxrəddin Rəşidova məxsus mağazada;

Suraxanı rayonunda

- Günəşli qəsəbəsi, "Q" yaşayış sahəsi, 21 ünvanında Mehriban Hacıyevaya məxsus mağazada;

Şəki şəhərində

- M.Müşfiq küçəsində İftixar Süleymanova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Sabunçu rayonunda

- Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 5 ünvanında Dilavər Quliyevaya məxsus mağazada;
- Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 2 ünvanında Sahil Quliyevə məxsus mağazada;

Suraxanı rayonunda

- Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində Əminəxanım Balayevaya məxsus mağazada;

Sumqayıt şəhərində

- 17-ci mikrorayonda Dilarə Quliyevaya məxsus mağazada;

Sabirabad şəhərində

- Muğan prospektində Zakir Fərzəliyevə məxsus mağazada;

Yevlax rayonunda

- Xaldan kəndində Məlahət Mehdiyevaya məxsus mağazada;

Neftçala rayonunda

- Aşağı Surra kəndində İlkin Qarayevə məxsus mağazada;

Quba şəhərində

- Xoyski küçəsində Çingiz Orucəliyevə məxsus mağazada;

Xaçmaz rayonunda

- Çinartala kəndində Anar İsrafilova məxsus mağazada;

Masallı rayonunda

- Ərkivan qəsəbəsində Cəsarət Əliyevə məxsus mağazada;

Lənkəran rayonunda

- Vilvan kəndində Bəxtiyar Əzimova məxsus mağazada;

Qəbələ rayonunda

- Həmzəli kəndində Oqtay Məmmədova məxsus mağazada;

Ağdam rayonunda

- Baharlı qəsəbəsində Əhliman Mehdiyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti