...

Gəncədə rus dili və ədəbiyyatı fənni üzrə VII Respublika olimpiadasına start verilib (FOTO)

Cəmiyyət Materials 1 May 2015 19:05 (UTC +04:00)
Gəncə şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycanın tədrisin Rus və Azərbaycan dillərində olduğu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə VII Respublika olimpiadasına start verilib.
Gəncədə rus dili və ədəbiyyatı fənni üzrə VII Respublika olimpiadasına start verilib (FOTO)

Gəncə şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycanın tədrisin Rus və Azərbaycan dillərində olduğu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə VII Respublika olimpiadasına start verilib.

Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Olimpiadada Gəncə şəhəri və Göygöl, Daşkəsən, Samux, Goranboy rayonlarının tədrisin Azərbaycan dilində olduğu məktəblərinin 7-8-ci sinif şagirdləri, habelə tədrisin rus dilində olduğu məktəblərin 8-ci sinif şagirdləri iştirak edirlər. İlk dəfə olaraq olimpiadaya Mingəçevir və Yevlax məktəbliləri də qatılıb.

Olimpiadanın açılış mərasimində Gəncə şəhər 5 nömrəli tam orta məktəbin direktoru Bəhram İmranov vurğulayıb ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədrisin Azərbaycan məktəblərində rus dilinin dərindən öyrənilməsi üzrə pilot layihəsinin iştirakçıları olan məktəblərin şagirdləri bu olimpiadanın iştirakçıları arasında ayrıca bir kateqoriya təşkil edir.

Gəncə şəhər təhsil idarəsinin metodik mərkəzinin müdiri Söhrab Hacıyev çıxışında bildirib ki, şəhərdə 49 mümtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərin 19-da rus dili tədris olunur və 4007 müəllim rus bölməsi şagirdlərinin təlim-tərbiyyəsi ilə məşğul olur.

Tədbirdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri, Rusiya səfirliyinin müşaviri Denisov Valentin Petroviç bildirib ki, bilik yarışı görkəmli rus şairi Sergey Yesenin anadan olmasının 120-ci ildönümünə həsr olunub. Eyni zamanda rusyada 2015-ci ilin ədəbiyyat ili elan olunması da bu tədbirin keçirilməsinin vacibliyinə sübüt edir.Valentin Petroviç belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.

Çıxışlardan sonra Azərbaycanda rus dili və ədəbiyyatı fənni üzrə keçirilən olimpiadanın tarixindən həhs edən videoçarxa baxılıb.Sonra olimpiada iki nominasiya üzrə şifahi qiraət və yazlı şəkildə keçirilib.Olimpiadanın birinci turu test yoxlamalarından ibarət olub. Bu turdan sonra isə məktəblilər iki qrupa bölünərək rus şairi Sergey Yesenin əsrlərinə dair sualları cavablandırıblar. Yesenin əsrlərindən parçalara səsləndiriblər.

Olimpiada iştirakçıları Rusiya mədəniyyətini yaxşı bildiklərini və onu öyrənməyə böyük maraq göstərdiklərini nümayiş etdiriblər. Xatırladaq ki, olimpiadanın növbəti zona mərhələsi may ayının 3-də Tovuz rayonunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti