...

Ədliyyə işçilərinin qanını aldılar (FOTO)

Cəmiyyət Materials 6 May 2015 17:02 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində qanvermə aksiyası keçirilib.
Ədliyyə işçilərinin qanını aldılar (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində qanvermə aksiyası keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasında Xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşları iştirak ediblər.

Qanvermə aksiyasının həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlarına lazımi şərait yaradılıb. 153 nəfər əməkdaş tərəfindən verilmiş qan zəruri laborator analizlərdən keçirilib və Mərkəzi Qan Bankına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti