...

Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq

Cəmiyyət Materials 8 May 2015 18:19 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.
Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin yanı;
- Dənizkənarı Milli Parkdakı nəhəng çarx-karuselin yanı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də mayın 9-u və 10-da saat 10:00-dan 14:00-dək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti