...

Bakıda Silahlı Qüvvələrin orkestrinin nümunəvi çıxışı (FOTO)

Cəmiyyət Materials 9 May 2015 14:03 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə bu gün Bakının Fəvvarələr meydanında Silahlı Qüvvələrin orkestrinin nümunəvi çıxışı təşkil olunub.
Bakıda Silahlı Qüvvələrin orkestrinin nümunəvi çıxışı (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə bu gün Bakının Fəvvarələr meydanında Silahlı Qüvvələrin orkestrinin nümunəvi çıxışı təşkil olunub.

Trend-in məlumatına görə, orkestrin çıxışı saat 14:00-dək davam edib.

Orkestrin çıxışına tamaşa edənlər hərbçilərin hazırladığı yeməklərin dadına baxıblar.

Mayın 10-da da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər ümumilikdə 6 nöqtədə çıxış edəcəklər:

- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin yanı;
- Dənizkənarı Milli Parkdakı nəhəng çarx-karuselin yanı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı.

Bundan başqa, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u və 10-da saat 10:00-dan 14:00-dək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti