...

Qərəzli informasiyalar yayan agentliyin rəhbərinə xəbərdarlıq edildi

Cəmiyyət Materials 13 May 2015 16:36 (UTC +04:00)
Azərbaycanda informasiya agentliyinin rəhbərinə xəbərdarlıq edilib.
Qərəzli informasiyalar yayan agentliyin rəhbərinə xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda informasiya agentliyinin rəhbərinə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılmış araşdırmalarla Jurnalist Araşdırma Mərkəzinin (JAM.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyaların yayılması müəyyən edilib.

Bununla əlaqədar agentliyin rəhbəri Fikrət Fəraməzoğlu Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq haqqında" Qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti