...

MTN-də saxlanılan Rauf Mirqədirov, Arif Yunusov və Elşən Mustafayevin şikayətləri yoxdur

Cəmiyyət Materials 13 May 2015 17:30 (UTC +04:00)
Ombudsman Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirib.
MTN-də saxlanılan Rauf Mirqədirov, Arif Yunusov və Elşən Mustafayevin şikayətləri yoxdur

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlkin İzzət/

Ombudsman Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində MTN-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Başçəkmədə məqsəd saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov, Elşən Mustafayev və digərləri ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlama şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti