...

Azərbaycan jurnalistlərinin Kişə səfəri başlayıb

Cəmiyyət Materials 29 May 2015 12:09 (UTC +04:00)
Azərbaycanı təmsil edən bir qrup media nümayəndəsinin Kiş adasına səfəri başlayıb.
Azərbaycan jurnalistlərinin Kişə səfəri başlayıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanı təmsil edən bir qrup media nümayəndəsinin Kiş adasına səfəri başlayıb.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki ölkə arasında media sahəsindəki əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycanın "ATV" və "ANS" televiziyaları, "APA" və "TREND" informasiya agentliklərinin jurnalistlərindən ibarət 5 nəfərlik heyəti mayın 29-da Kiş adasına gəliblər.

Media nümayəndələrinin səfərinin məqsədi Azərbaycan xalqının İranla daha yaxından tanış olması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, heyrətamiz turizm məkanlarının və Kiş adasının iqtisadiyyatının geniş potensialının tanıdılmasıdır.

Kiş adası İranın birinci azad ticarət və sənaye zonasıdır. Adanın özünəməxsus təbiəti, mənzərəsi və gözəlliyi olduğu üçün ada İranın ən mühüm turizm zonalarından biri hesab olunur. İlboyu dünyanın müxtəlif yerlərindən dəniz və təbiət sevər insanları özünə cəlb edir.

Adanın digər üstünlüklərindən biri də biznes fəaliyyəti, maliyyə əməliyyatları və təkrar ixracatın həyata keçirilməsi və sahibkarlıq lisenziyasının alınması üçün adada güzəştli və sadələşdirilmiş qaydaların olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti