...

Ombudsman Bakıdakı 5 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək

Cəmiyyət Materials 6 İyun 2015 13:18 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Ombudsman Bakıdakı 5 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrdə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə 50-dən çox məhkum fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb.

Məhkumlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə CÇM-in yeməkxana və yataqxanalarına, tibb-sanitar hissəsinə, yenidən qurulan obyektlərə baxışlar keçirilib. Müəssisə ərazisində tikilməkdə olan yeni obyektlər müsbət dəyişikliyə, saxlama şəraitinin daha da yaxşılaşdırılmasına imkan verəcək.

Başçəkmə çərçivəsində "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydaları"na müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılıması ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin yekunu olaraq, bu müəssisə üzrə məhkumların ailə üzvləri tərəfindən Ombudsmana ünvanlanmış sorğular cavablandırılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Qeyd edək ki, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti