...

BDU professoru Yunanıstanda (FOTO)

Cəmiyyət Materials 17 İyun 2015 13:56 (UTC +04:00)
Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar - mitinqi Yunanıstanın Patras Universitetində keçirilib.
BDU professoru Yunanıstanda (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar - mitinqi Yunanıstanın Patras Universitetində keçirilib. Seminarda İtaliyanın Sapienza, Fransanın Paris 13, o cümlədən Bakı Dövlət, Azərbaycan İnşaat və Memarlıq və Qafqaz universitetlərinin nümayəndələri iştirak ediblər.

Bakı Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, layihənin rəhbəri, professor Luca Di Palma, Azərbaycan universitetləri üzrə coordinator professor Məhəmmədəli Ramazanov görülən işlər üzrə məlumat verib və gələcək perspektivlər müzakirə edilib.

Seminarda həmçinin "Ekologiya mühəndisliyi" üzrə yeni magistr proqramının yaradılması haqqında danışıqlar olub, ECONANO layihəsinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün əsasların olduğu qeyd edilib. Eyni zamanda yeni təhsil və elmi-tədqiqat layihəsinin hazırlanması ilə əlaqədar razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti