...

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlandı

Cəmiyyət Materials 22 İyun 2015 12:27 (UTC +04:00)
İyunun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 259 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.
Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlandı

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyunun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 259 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 63 m3/s təşkil edərək ongünlük normanın 38 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyunun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 6, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 sm (2014-cü il iyunun 22-də 316 sm), Şirvanda 129 sm (2014-cü il iyunun 22-də 169 sm), Salyanda 63 sm (2014-cü il iyunun 22-də 100 sm), Bankədə 179 sm (2014-cü il iyunun 22-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 sm (2014-cü il iyunun 22-də 54 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti