...

MTN-də saxlanılan Rauf Mirqədirov və Arif Yunusdan xəbər var

Cəmiyyət Materials 7 İyul 2015 15:54
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həm İstintaq təcridxanasında, həm də Müvəqqəti saxlama yerində monitorinq keçiriblər.
MTN-də saxlanılan Rauf Mirqədirov və Arif Yunusdan xəbər var

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həm İstintaq təcridxanasında, həm də Müvəqqəti saxlama yerində monitorinq keçiriblər.

Hüquq müdafiəçisinin Trend-ə bildirdiyinə görə, monitorinqin keçirilməsində məqsəd təqsirləndirilən şəxslərin saxlanma şəxariti və onlara qarşı münasibəti öyrənməkdən ibarət olub.

E.Behbudov qeyd edib ki, onlar orada bir neçə təqsirləndirilən şəxslə görüşüblər: "Jurnalist Rauf Mirqədirovla görüşdük. Saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Ona qarşı münasibətdən razılıq etdi. Bildirdi ki, evdən ona azuqə gəlir. Onun sözlərinə görə, bir az qan təzyiqi var. Bununla bağlı həkim nəzarəti altındadır və dərman qəbul edir".

Hüquq müdafiəçisi deyib ki, onlar Arif Yunus və Hacı Məmmədovla görüşə bilməsələr də, həkimdən onlar haqqında məlumat alıblar: "Bildirildi ki, Arif Yunusun sağlamlığında heç bir problem yoxdur. Bu yaxınlarda həkim komissiyası onu müayinə edib. Sağlamlığı üçün ciddi təhlükə yoxdur. Buna baxmayaraq, mütəmadi həkim nəzarəti altındadırlar. Hacı Məmmədova gəlincə, həkim dedi ki, o, şəkərli diabet xəstəsidir. Lakin təbii üsullarla özünü müalicə edir. Buna baxmayaraq, yenə də həkim nəzarətindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti