...

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı

Cəmiyyət Materials 16 İyul 2015 16:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da açıqlayıb.
I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrini iyulun 16-da açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 26 928 abituriyentdən 1598 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 25 330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25 323 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti