...

Azercell-dən cavab gəldi: Şəbəkədə qlobal problem yoxdur

Cəmiyyət Materials 21 İyul 2015 17:50 (UTC +04:00)
Hazırda “Azercell Telecom” şirkətinin şəbəkəsində qlobal problem müşahidə olunmur.
Azercell-dən cavab gəldi: Şəbəkədə qlobal problem yoxdur

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Hazırda "Azercell Telecom" şirkətinin şəbəkəsində qlobal problem müşahidə olunmur. Bunu Trend-ə şirkətdən bildiriblər.

Azercell-dən deyiblər ki, ümumilikdə radiosiqnalın keyfiyyəti bu və ya digər ərazinin relyef xüsusiyyətlərindən, müxtəlif binaların yerləşməsindən, eləcə də abonentin istifadə etdiyi konkret mobil qurğunun özəlliklərindən asılı ola bilər: "Azercell" şəbəkəsini mütəmadi təkmilləşdirməyə davam edir".

Qeyd edək ki, oxucular Trend-ə çoxsaylı müraciətlərində bildirmişdilər ki, "Azercell" şəbəkəsində telefon danışığı zamanı tez-tez əlaqə kəsilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti