...

Meşə fondu torpaqlarının yanmasının qarşısı alınıb

Cəmiyyət Materials 27 İyul 2015 11:07 (UTC +04:00)
İyulun 26-da Qəbələ rayonu ilə Ağdaş rayonu arasında olan ərazidəki taxıl sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Meşə fondu torpaqlarının yanmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 27 iyul /Trend/

İyulun 26-da Qəbələ rayonu ilə Ağdaş rayonu arasında olan ərazidəki taxıl sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin birgə səyləri nəticəsində yanğının meşə fondu torpaqlarına keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində meşə sahəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti