Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Vüqar İmanov/
"Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə növbəti intellektual turnir baş tutdu.
Trend-in məlumatına görə, Azərbaycanda ilk dəfə məhz Azərbaycan İntellektual Oyunlar klubunun üzvlərinin ideya müəllifi və təşkilatçıları olduqları yeni bir yarış formatı üzrə "MA3X" turniri keçirildi. Turnir 3 mərhələdən ibarətdir.
I tur 36 sualdan ibarətdir. Bu turda 36 NHN sualı səsləndi və turun sonunda ən çox xal yığan 8 komanda II tura vəsiqə qazandı.
II tur 8 komandanın iştirakl ilə qrup oyunu - 7, yarım-final oyunu - 9 sualdan olan Breyn-Rinq yarışmasından ibarət oldu ki, bu turda da sona qalan 2 komanda III tura vəsiqə qazandı.
III tur 2 komandanın iştirakı ilə oldu. Bu turda finala çıxmış komandaların iştirakçıları öz aralarında Fərdi Oyun formatında yarışdılar. Fərdi Oyun qrup (10 mövzu) və final (12 mövzu) mərhələlərindən ibarətdir.
Bu turda da sonda 1 oyunçu Əşrəf Paşabəyli qalib adını qazandı. Qalibxüsusi təltifedici hədiyyə ilə, digər qaliblər isə sertifikatlarla təltif olundular.
Qeyd edək ki, turnirin ideya müəllifləri Aydın Piriyev və Surxay Əlizadə , sual müəllifləri isə Surxay Əlizadə, Günel Salayeva və Cavidan Hacıyevdir.
Yeni mövsümə fərqli formatda keçirilən intellektual oyunlarla start verən klub oyunçuları növbəti bir oyuna səsləyir. "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə 2015-ci il 2 avqust tarixində Azərbaycan Kinosunun 117-ci ildönümü münasibətilə "Azərbaycan Kinosu və Dünya", "Dünya Kinosu və Azərbaycan", "Azərbaycan Kinosu və Azərbaycan" mövzusunda NHN və Breyn-Rinq İntellektual Turniri baş tutacaq. Sual məsafəsi NHN 61 sual və Breyn-Rinq ilk 8-liyə düşmüş komandalar arasında təşkil olunan turnirin sual müəllifi, redaktoru və aparıcısı Şəhriyar Əliyevdir.
31 iyul tarixinə kimi komandalar aşağıda göstərilən linkdən qeydiyyatdan keçə bilərlər:
http://goo.gl/forms/q14bY7cSXc
İnformasiya dəstəyi - TREND