...

TQDK-dan bəyanat: Müsabiqəyə buraxılmaq şərti dəyişməyəcək

Cəmiyyət Materials 31 İyul 2015 16:28
Bu il ali məktəblərə qəbul olmaq istəyənlər üçün müsabiqəyə buraxılmaq şərti elan olunub və müsabiqəyə buraxılmaq şərti dəyişməyəcək.
TQDK-dan bəyanat: Müsabiqəyə buraxılmaq şərti dəyişməyəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il ali məktəblərə qəbul olmaq istəyənlər üçün müsabiqəyə buraxılmaq şərti elan olunub və müsabiqəyə buraxılmaq şərti dəyişməyəcək.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə bildirib.

Keçid balının müsabiqəyə buraxılma üçün tələb olunan baldan fərqləndiyini xatırladan komissiya sədri qeyd edib ki, hər hansı bir ixtisas üzrə keçid balının aşağı düşməsi, ya da yuxarı qalxması təkcə abituriyentlərin nəticələrindən yox, eyni zamanda, abituriyentlərin istəyindən asılıdır: "Keçid balı müsabiqə zamanı hər bir ixtisas üzrə formalaşır. Məsələn, keçən il bir ixtisas üzrə plan yerləri az idisə, müsabiqə vəziyyəti yüksək idisə, ora müsabiqə zamanı yüksək keçid balı formalaşmışdı. Bu il həmin o ixtisas üzrə plan yerləri 4 dəfə artıbsa, amma iddiaçıların sayı eyni qalıbsa, təbii ki, orada müsabiqə vəziyyəti azalacaq".

M.Abbaszadə ixtisaslar üzrə müsabiqə vəziyyətinin necə olacağını da indidən söyləməyin mümkün olmadığını deyib: "IV qrupda bizdə ən sevimli ixtisas illər boyu "Müalicə işi "olub. Ola bilər ki, bu il ən sevimli ixtisas IV qrupda "Baytarlıq" olsun. Nəzəri cəhətdən bu, ola bilər. Ola bilər ki, çox abituriyent baytar olmaq istəsin və ərizəsində də birinci baytarlığı yazsın. Onda "Baytarlıq" ixtisasında çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bunu nə mən, nə də başqaları bilə bilər. Bu, kimin hansı ixtisası seçməsindən asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti