...

“Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb

Cəmiyyət Materials 9 Sentyabr 2015 12:56 (UTC +04:00)
Sentyabrın 9-da səhər saatlarından etibarən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.
“Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, Maksim Tsurkov/

Sentyabrın 9-da səhər saatlarından etibarən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sıxlığa Gürcüstan tərəfdə yerləşən gömrük keçid məntəqəsində yaranan texniki nasazlıq səbəb olub. Buna görə də səhər saatlarından etibarən, avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində müəyyən problemlər yaranıb.

Gürcüstan tərəfində artıq problem aradan qaldırılıb və gömrük keçid məntəqəsinin fəaliyyəti bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti